Böyük Britaniya kralı III Karl (Çarlz Filip Artur) tacqoyma mərasimində Kral VI Qeorqun mantiyasını geyinəcək.
Ednews xəbər verir ki, bu barədə "Sky News" televiziya kanalı xəbər verib.
Mantiya sonuncu dəfə 1937-ci ildə VI Qeorqun tacqoyma mərasimində istifadə edilib. Mantiyanın təxminən 90 yaşı var.
Qeyd edilir ki, kraliça yoldaşı və III Karlın həyat yoldaşı Kamilla 1953-cü ildə II Yelizavetanın tacqoyma mərasimi üçün tikilmiş 5,5 metr uzunluğunda mantiya geyəcək.
Böyük Britaniyanın yeni hökmdarının rəsmi tacqoyma mərasimi 6 may 2023-cü ildə keçiriləcək.