İnqilabçı Ernesto Çe Gevaranın tutulması əməliyyatına rəhbərlik edən Boliviya generalı, istefada olan Qari Prado 85 yaşında vəfat edib.
Ednews lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə “El Deber” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, istefada olan generalın böyrəklərində problemlər yaranıb.
Qeyd edək ki, Fidel Kastronun yaxın adamı və 1959-cu il Kuba inqilabının liderlərindən biri olan Çe Gevara 1967-ci ildə partizan hərəkatı təşkil etməyə çalışdığı Boliviyada tutularaq edam edilib.
Bir inqilabçının tutulması və partizanlara qarşı mübarizəsi üçün Boliviya Parlamenti həmin il Pradonu milli qəhrəman adı ilə təltif edib.
Oğuz