“Putin rejimi və V.Putinin özü tam beynəlxalq, iqtisadi və siyasi təcrid vəziyyətində (əslində artıq müharibəni uduzmuşdular) başa düşürlər ki, nüvə eskalasiyası və hətta bu müharibədə nüvə silahından istifadənin hipotetik ehtimalı qaçılmazdır. Bu bütün Rusiya üçün də böyük təhlükə mənbəyi olacaq”.
Bu fikirləri ukraynalı siyasi elmlər namizədi, Beynəlxalq Kiçik Şəhərlər Assosiasiyasının icraçı direktoru Aleksey Buryaçenko Ednews-a Rusiyanın nüvə zərbəsi endirməsi ehtimalı haqqında danışarkən deyib.
O, həmçinin qeyd edib ki, bu zaman söhbət daha Putin və onun tərəfdaşlarına qarşı beynəlxalq tribunaldan yox, bu insanların fiziki olaraq ləğvindən gedəcək.
“Çünki biz yaxşı bilirik ki, Rusiya Federasiyasının ikili agentləri var və nüvə silahının hazırlanması ilə bağlı məlumatlar gələn kimi
dünyanın kəşfiyyat orqanları (o cümlədən Çin) birləşərək Putin və onun ətrafı haqqında ümumi qərar qəbul edəcəklər.
Qlobal beyin mərkəzlərinin məlumatlarına əsasən belə qənaətə gəlmək olar ki, Rusiya-Ukrayna müharibəsində nüvə silahından istifadə indiki mərhələdə mümkün deyil”.
Nurlana Hacıyeva