ABŞ məhkəməsi yazıçı və jurnalist Cin Kerolla (Jean Carroll) təcavüz cəhdi ilə bağlı Trampı təqsirli bilib.
Ednews lenta.ru-ya istinadən xəbər verir ki, indi Tramp Kerolla 2 milyon dollar təzminat ödəməlidir. Amma qarşı tərəfin böhtan atdığı məhkəmədə sübut olunardısa, o bu zaman Trampa 3 milyon dollar ödəməli olacaqdı.
Münsiflər heyəti müəyyən edib ki, 1996-cı ilin yazında Tramp univermağın soyunub-geyinmə otağında Kerolla təcavüz edib. ABŞ-ın keçmiş prezidenti bunu təkzib edib və sonda ifadə verməmək qərarına gəlib. O qeyd edib ki, Kerroll onun zövqüncə deyil və o kitabının satışını artırmaq üçün bu yola əl atıb.
Oğuz