Polşa Senatı Ukraynanın NATO-ya qəbulu ilə bağlı qətnamə qəbul edib.
Ednews xəbər verir ki, bu barədə "Polşa Radiosu" məlumat yayıb.
Polşalı senatorlar bildiriblər ki, NATO-nun Vilnüsdə keçiriləcək sammiti Ukraynanın Alyansa tamhüquqlu üzvlüyü yolunda mühüm addım olmalıdır və Kiyevə münasibətdə Finlandiya və İsveçin keçdiyi prosedurları tətbiq etmək lazımdır.