Sudanda qızğın döyüşlər başlayandan bəri minlərlə insan ölkədən köçüb, bir çoxu məcburi şəkildə yaşadığı yeri tərk etməli olub.
Ednews ərəb mənbələrinə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı hesabat yayıb.
BMT-nin hesabatında Sudanda gedən döyüşlər nəticəsində 200 minə yaxın insanın ölkəni tərk etdiyi qeyd olunub. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı öz bəyanatında bildirib ki, müharibə yüzlərlə insanı məcburi köçkünə çevirib.
Qeyd edək ki, Aprelin 15-dən Sudanda xüsusi təyinatlı qüvvələrlə nizami ordu bölmələri arasında döyüşlər gedir. Sudanda müxalif qüvvələr hərbi uğurlar və obyektlərə nəzarət barədə ziddiyyətli bəyanatlar verir, mediada və sosial şəbəkələrdə genişmiqyaslı informasiya müharibəsi aparır.
Nəticədə yüzlərlə insan həlak olub. Yaralananların sayının on minlərlə olduğu bildirilir.
Loğman Yunus