İran agentlərinin ABŞ ərazisində hücumunun qurbanı olan mənim ən yaxşı dostum Əhməd Obalı xəstəxanada yaşamaq uğrunda mübarizə aparır".
Ednews xəbər verir ki, bu fikri ABŞ Milli Təhlükəsizlik Komitəsinin keçmiş üzvü Mayk Doran sosial şəbəkədə yazıb.
"ABŞ hökuməti bu insidenti terror aktı kimi araşdıracaq, yoxsa üstünü örtəcək?", deyə o, müvafiq qurumlara belə sual ünvanlayıb.
Qeyd edək ki, Güney Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əhməd Obalı və oğlu Dəniz ABŞ-da vəhşicəsinə döyülüb.
Hazırda Əhməd bəyin vəziyyəti ağırdır, oğlu isə reanimasiyaya yerləşdirilib. Güney Azərbaycan liderinin barmaqları qırılıb, boynunu qırmağa cəhd ediblər, bu səbəbdən də qolları və barmaqları işləmir. Obalılara sui-qəsd edən 6 nəfər olub. ABŞ polisi onları yaxalayıb.