Rusiya ordusu Ukraynanın Kiyev vilayətinə “İskander” operativ-taktiki raket kompleksindən 10 raket atıb.
Ednews xəbər verir ki, bu barədə indormasiyanı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Mənbə yazır ki, atılan bütün raketlər zərərsizləşdirilib.
Qeyd edək ki, ötən gecə Rusiyanın Kiyevə raket hücumu nəticəsində 2-si uşaq olmaqla 3 nəfər həlak olub, 14 nəfər yaralanıb.