Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvili siyasətə qayıtdığını açıqlayıb.
Ednews xəbər verir ki, bu barədə sabiq prezident sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, səhhətindəki problemlərə baxmayaraq, Gürcüstan siyasətində çox fəal olmaq və Ukraynadakı müharibə ilə məşğul olmaq niyyətindədir:
“Ukraynanın qələbəsini gözləmək və bunun üçün fəal addımlar atmaq lazımdır”.