İstanbulda terror aktı törətmək istəyən xarici vətəndaşı saxlanıldı. Ednews Türkiyə mediasına istinadən xəbər verir ki, adı və milliyyəti açıqlanmayan şəxsin evindən hüquq-mühafizə orqanlarının əməkdaşları iki ədəd dövlət qeydiyyatı olmayan tapança və patron, həmçinin partlayıcı maddələr aşkar ediblər.
Saxlanılan şəxsin "İslam Dövləti"nin silahlısı olduğunu deyib. Qeyd edək ki, bundan əvvəl Türkiyə Baş Prokurorluğu məhkəmədən 2022-ci il noyabrın 13-də İstanbulun İstiqlal küçəsində terror aktı törədən Suriya vətəndaşı Əhlam Əlbəşirə 3 min il həbs cəzası istəyib.
Nurlana