İranın BMT-dəki səfiri Qulamhüseyn Xoşru Təhlükəsizlik Şurasının toplantısında xüsusən Qəzzə zolağında və Yəməndə uşaqların durumunu son dərəcə nigaranedici adlandırıb.
"Eurasia Diary" "SAHAR" televiziyasına istinadla xəbər verir ki, Qulamhüseyn Xoşru deyib: "İndiyədək yüzlərlə yəmənli uşağın qətli ilə nəticələnmiş Yəməndəki hava hücumlarının Əlqaidə və İŞİD-in inkişafından başqa bir nəticəsi olubdurmu? Əgər dünya ictimaiyyətinin yəmənli uşaqların qırğını ilə bağlı vicdanı yatıbdırsa, görən, ekstremizm və terrorizmin strateji təhdid ilə bağlı fikri rahat ola bilrəmi?
Olduqca təəssüflü haldır ki, sənədli faktlara əsasən, BMT ekspertləri hava hücumları və 49 məktəb və xəstəxanaya hücum nəticəsində həyatını itirmiş 875 yəməli uşaq daxil olmaqla mülkilərin qırğınında məsuliyyət daşıyan tərəfdirlər; öncə Ərəbistan koalisiyası BMT-nin qara siyhısında yer aldı, amma heyrətedici bir tərzdə bu koalisiyanın adı siyasi və maliyyə təzyiqləri nəticəsində həmin siyahıdan çıxarıldı".