“Mən düşünürdüm, bəzi insanlara inanmaq olar ki, onlar vətəni ürəkdən sevirlər. Sən demə, şəxsi ambisiyalar və mənafe naminə insanlar vətən sevgisinə məhəl qoymaya bilirmişlər”.
Ednews xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov “Vaqner” üsyanı barədə danışarkən deyib.
O, əvvəllər Y.Priqojinə inandığını bildirib:
“Mən Priqojinlə danışdım, onu biznes ambisiyalarını kənara qoymağa razı saldım, düşündüm ki, o məni eşidər. Ancaq görünür, bu onun içində bütün müddət ərzində böyüyüb.
Sahibkarlıqda uğursuz müqavilələr zənciri biznesmendə inciklik yaratdı. Bu inciklik Sankt-Peterburq rəhbərliyi onun qızına arzuladığı torpaq sahəsini təmin etməyəndə pik həddə çatdı”.
Kadırov “Vaqner”çilərə məsəhət də verib:
“İndi hər şey sülhlə qurtardı, qan axmadan, ancaq bunlar baş verə də bilərdi”.