Sankt-Peterburqda gənc qızı zorlamaqda şübhəli bilinən əcnəbi saxlanılıb. Ona qarşı xırda xuliqanlıq haqqında protokol tərtib edilib.
Ednews xəbər verir ki, bu barədə Fontanka yazıb.
Hadisə şəhərin Primorsk rayonunda, Yaxtennaya küçəsində yerləşən çoxmərtəbəli binada baş verib.
İyulun 1-i axşam saatlarında yerli sakin polisə zəng edərək, 23 yaşlı qonşusunun başına gələnləri hüquq-mühafizə orqanlarının əməkdaşlarına danışıb.
Bundan əvvəl qız 34 yaşlı kişi tərəfindən cinsi təcavüzə məruz qaldıqdan sonra mənzilindən qaçıb. Hadisə yerinə gələn patrul xidmətinin dəstəsi həmin vaxt hələ də zərərçəkmişin evində olan Ermənistan vətəndaşını saxlayıb.
Şübhəli şəxs daxili işlər şöbəsinə aparılıb və barəsində xırda xuliqanlıq faktı üzrə protokol tərtib edilib.