Son günlər "Telegram" vasitəsi ilə vətəndaşlara mesaj göndərilir.
Ednews xəbər verir ki, mesajı açdıqdan sonra link üzrə keçid edərkən, sizi bu //azerlgs.com/ ünvan üzrə yönəldirir. Orada, mobil nömrəni daxil etdikdən sonra, mobil nömrənizə bağlı olan "Telegram" hesabına gələn sms kodu istəyir.
Bu kodu təqdim etməklə, sizin "Telegram" kanalınızın hesabı ələ keçirilir və sizin kontaktlarınıza icazə alır.
Vətəndaşlara bu tip gələn mesajlara inanmamaqları tövsiyə olunur.