Ermənistan parlamentində müxalifətdən olan yeganə komissiya sədri vəzifədən uzaqlaşdırılıb.
Ednews erməni mediasına istinadən xəbər verir ki, hakim partiyanın parlament fraksiyası gizli səsvermə zamanı deputat Taquhi Tovmasyanı Ermənistan parlamentinin İnsan hüquqlarının müdafiəsi və ictimai məsələlər üzrə daimi komissiyasının sədri səlahiyyətlərindən məhrum edib.
62 deputat onun vəzifədən uzaqlaşdırılmasının lehinə, 1 millət vəkili isə əleyhinə səs verib. Müxalifət deputatları səsverməni boykot ediblər.