Yunanıstanda istilər və güclü külək səbəbindən son 24 saat ərzində 46 meşə yanğını baş verdiyi bildirilib.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, Yunanıstan Yanğından Mühafizə Xidmətindən verilən açıqlamada, yaxın günlərdə ölkənin bir çox bölgəsi üçün "yüksək meşə yanğını riski" xəbərdarlığı edilib.
Açıqlamada Yunanıstanın müxtəlif bölgələrində son 24 saatda 46 meşə yanğınının baş verdiyi və bir çoxunun böyümədən söndürüldüyü bildirilib.
Ölkədə istilərin iyulun 20-də pik həddə çatacağı gözlənilir.
Aynurə İsmayıl