Yunanıstanda bir çox yerdə 3 gündür davam edən meşə yanğınları bütün səylərə baxmayaraq nəzarət altına alına bilmir.
Ednews Yunan mətbuatına istinadən xəbər verir ki, paytaxt Afina yaxınlığındakı Lutraki və Meqara bölgələrində küləyin təsiri ilə yayılan yanğınlar, ən az 50 min hektar meşə və əkinçilik sahəsi ilə yanaşı, çox sayda ev və nəqliyyat vasitəsi də yararsız hala düşüb.
Bəzi yaşayış məntəqələrinin boşaldıldığı yanğınlar səbəbindən Afina yaxınlığındakı neft emalı zavodunu qorumaq üçün ehtiyat tədbiri olaraq bəzi magistral yollar bağlanıb.
Yunanıstan Meteorologiya Xidməti yanğın riskinin bu gün də yüksək olduğu barədə xəbərdarlıq edib. İsti dalğanın cümə axşamı və cümə günü pik həddə çatacağı gözlənilir.
Avropa İttifaqının (AB) meşə yanğınlarının davam etdiyi Yunanıstana 4 yanğınsöndürmə təyyarəsi göndərməyə qərar verdiyi bildirilib.
Aynurə İsmayıl