İraqın paytaxtı Bağdadda şiə Sədr Hərəkatına bağlı qruplar İsveç səfirliyinin binasının bəzi hissələrini yandırıblar.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, Sədr Hərəkatı tərəfdarları İsveç səfirliyinin yanına gələrək Qurana qarşı edilən hərəkətlərə etiraz ediblər. Etirazçılar İsveç səfirliyinin binasının bəzi hissələrini yandırıblar.
İraqlı etirazçılar səfirliyin ətrafında qurulan beton maneələri sındırıblar.
Qeyd edək ki, Sadristlər bundan əvvəl də İsveç səfirliyinin binasına basqın edərək aksiya təşkil etmişdilər.
Aynurə İsmayıl