2020-ci ilin oktyabrında Azərbaycanın Qarabağ bölgəsinə müharibəyə göndərilən Eçmiədzin işğalçılarının valideynləri yenidən küçələrə çıxaraq yolları bağlayıblar.
Ednews xəbər verir ki, aksiya zamanı bir patrul vurulub, “Maybach” markalı avtomobilin sürücüsü isə avtomobili polis məmurunun üzərinə sürüb. Erməni polisləri aksiyanı dayandırmağa çalışıblar.
Qeyd edək ki, etirazçılar müharibədə itkin düşən əsgərlərin valideynləridir. Onlar aksiyaya çıxaraq Ermənistan baş naziri Nikol Paşinyan ilə görüş tələb edirlər.
Sözügedən videogörüntüləri təqdim edirik: