Xərçəng ilə mübarizə aparan ingiltərəli kişi xəstəxanada İslam dinini qəbul edib.
Ednews xəbər verir ki, Entoni Veynrayt İngiltərənin Birmingem şəhərində sadə bir supermarket işçisi olub. Mədə xərçəngi ilə mübarizə apararkən kritik anlarda onun yanında olan müsəlman həmkarlarından başqa ailəsi olmayıb. Onların qayğı və nəvazişləri ilə əhatə olan ingiltərəli sonda İslam dinini qəbul etmək istədiyini bildirib.
Videoda göründüyü kimi o öz müsəlman dostlarının köməyi ilə şəhadət gətirib.
Entoni 24 saat sonra dünyasını dəyişib.
Aynurə İsmayıl