Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin aclıq aksiyasına görə vəziyyəti daha da pisləşib.
Ednews xəbər verir ki, bu barədə Gürcüstanın Ombudsman Aparatının saytında məlumat verilib.
Bildirilib ki, ölkə Ombudmanı tərəfindən dəvət olunan mütəxəssis qrupu Saakaşvilinin saxlanıldığı “Vivamed” klinikasının təqdim etdiyi sənədləri təhlil edib və öz qiymətləndirməsini verib.
Gürcüstanın eks-prezidentinə qanda leykositlərin azalması diaqnozu qoyulub. Ehtimal olunur ki, onun sümük iliyində problemlər yaranıb.
Eyni zamanda, mütəxəssislər xəstənin müalicə prosesindən şikayətlərinin olmadığını qeyd ediblər.
Gürcüstanın Ombudsman Aparatı əmin edib ki, eks-prezidentin müalicəsi davam etdiriləcək.
Nurlana