Rusiya çərşənbə günü Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Maliyə qarşı sanksiyaların daha bir il müddətinə uzadılmasını nəzərdə tutan qətnaməyə veto qoyub.
Ednews xəbər verir ki, qətnamə Fransa və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən irəli sürülüb.
Çin səsvermədə bitərəf qalıb, digər BMT TŞ üzvləri isə lehinə səs verib. Maliyə qarşı sanksiyalar 2017-ci ildə tətbiq edilib və 2020 və 2021-ci illərdə dövlət çevrilişindən sonra qüvvədə qalıb. Mövcud rejim Rusiyanın özəl hərbi şirkəti Wagner Group tərəfindən dəstəklənir.
Ülviyyə