Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti (NIS) bazar ertəsi bildirib ki, Rusiya Çin və Şimali Koreya ilə birgə hərbi təlimlər keçirməyi təklif edib.
Ednews xarici mediaya istinadən xəbər verir ki, NIS-in direktoru Kim Kyou-hyun parlamentin kəşfiyyat komitəsinə bildirib ki, bu təklifi Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Pxenyana son səfəri zamanı verib.
Şoyqu iyul ayında Şimali Koreyaya səfər edib və burada ölkənin lideri Kim Çen In və müdafiə naziri Kanq Sun Namla görüşüb. O zaman Moskva bildirib ki, səfər “Rusiya-Şimali Koreya hərbi əlaqələrinin möhkəmlənməsinə töhfə verəcək”.
Ülviyyə