Norveç şahzadəsi Marta Luiza və onun nişanlısı, özünü şaman adlandıran Durek Verret toy tarixini açıqlayıblar.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, onların toy mərasimi 2024-cü il avqustun 31-də Qayanqer kurort şəhərində baş tutacaq.
Toydan sonra məşhur Hollivud şamanı kral ailəsinin üzvü olacaq, lakin bu ada layiq görülməyəcək.
Qeyd edək ki, cütlük 2019-cu ildə görüşməyə başlayıblar.
Aynurə İsmayıl