Rusiya xarici şirkətlərin gəlirlərini müsadirə edib.
Ukraynanı işğal etdikdən sonra Rusiya ölkədə fəaliyyət göstərən “dost olmayan” beynəlxalq şirkətlərdən milyardlarla dollar gəlirin qarşısını alıb.
Ednews zdf.de nəşrinə istinadən xəbər verir ki, Kreml ABŞ, Böyük Britaniya və bütün Aİ daxil olmaqla “dost olmayan” ölkələrdən olan şirkətlərə dividendlərin ödənilməsinə qadağa qoyub.
Kiyev İqtisadiyyat Məktəbinin məlumatlarına görə, Rusiyadakı xarici şirkətlər 2022-ci ildə 217 milyard dollar gəlir əldə ediblər. Bu şirkətlərin ümumi mənfəəti 20 milyard dollar olub.
Bununla belə, Rusiya 199 milyard dollarlıq ümumi gəliri olan şirkətləri “dost olmayan ölkə şirkətləri” kimi təsnif edib və bu şirkətlərin dividend ödəmələrini dayandırıb. Yəni Rusiya Qərb ölkələrindən 18 milyard dollar ələ keçirib.
Bununla belə, Rusiyanın dividendlərin ödənilməsi ilə bağlı məhdudiyyətləri təkcə “dost olmayan” şirkətlərə deyil, digər ölkələrdə yerləşən şirkətlərə də təsir edir.
Məsələn, Hindistanın enerji şirkətlərinin dividend ödəməsi məhdudlaşdırılır, çünki onların Rusiya neftinin ixracından əldə etdiyi pullar Hindistanda bloklanır.
Rusiyanın türk şirkətlərinə isə qarşı heç bir mənfi təcrübəsi yoxdur.
Xəyal Ramiz