Yaponiyanın İzu adalarında 6,1 bal gücündə zəlzələ olacağı proqnozu verilib.
Ednews xarici mediaya istinadən xəbər verir ki, afterşoklardan sonra sunami xəbərdarlığı edilib. Xəbərdarlıq edilib ki, sakinlər sahillərdən və çaylardan uzaq dursunlar.
Sinoptiklər Yaponiyanın Honshu adasının cənubuna doğru uzanan adalar üçün hündürlüyü bir metrə çatan dalğalar barədə məlumat bildirib.
Honsyu üçün 0,2 metrə qədər kiçik sunami dalğaları proqnozlaşdırılır, xəbərdarlıq şərqdə Tokio ətrafındakı Çiba prefekturasından qərbdə Kaqoşima prefekturasına qədər uzanan geniş əraziyə şamil edilir.
Meteorologiya agentliyinin məlumatına görə, Haçijo adasındakı Yaene bölgəsində təxminən 30 santimetr (1 fut) hündürlüyündə kiçik sunami müşahidə edilib.
Oğuz