Vətəndaşlarına ölkəni tərk etmək barədə bildiriş göndərilib.
Ednews zdf.de -ə istinadən xəbər verir ki, Vətəndaşlıq və İmmiqrasiya Məsələləri Departamentinin rəhbəri Maira Rouz bildirib ki, "İmmiqrasiya qanununa uyğun olaraq, daimi yaşayış icazəsi sentyabrın 2-də başa çatıb. Ona görə də bu insanlar 2023-cü il noyabrın 30-dək Latviya ərazisini tərk etməlidirlər".
Rose, təxminən 200 Rusiya vətəndaşının yaşayış icazələrinin uzadılması üçün müraciət etmədiyini, bəzi ruslara isə xaricdə olduqları üçün məlumat verilmədiyini bildirdi.
Vətəndaşlıq və İmmiqrasiya İşləri Departamenti ötən ilin sonlarına doğru açıqlama verərək 3500-dən çox Rusiya vətəndaşının daimi AB rezidenti statusu istəmədiyini və ya dil imtahanı üçün müraciət etmədiyini açıqladı.
Latviya qanunvericiliyinə görə, ölkədə yaşamaq icazələrinin müddəti sentyabrın 2-də başa çatır. Bu tarixdən sonra bildiriş alanlar noyabrın 30-dək ölkəni tərk etməlidirlər. Bu tarixə qədər imtahanda iştirak etmək hüququ olan şəxslərin yaşayış icazəsi imtahandan keçdikləri halda ilin sonuna qədər uzadılır.
Xəyal Ramiz