Belçikanın Milli Böhran Mərkəzi iki İsveç vətəndaşının ölümü ilə nəticələnən atışmadan sonra Brüsseldə terror xəbərdarlığını 4-cü səviyyəyə qaldırdığını açıqlayıb. Ölkənin qalan hissəsində xəbərdarlıq 3-cü səviyyəyə qoyulub.
Bu arada, Baş nazir Alexander De Croo əvvəllər Twitter kimi tanınan X-ə müraciət edərək, həlak olanların ailələrinə başsağlığı verib və paytaxt sakinlərini "sayıq olmağa" çağırıb. Bu arada, daxili işlər naziri Annelies Verlinden, "cinayətkarın izinə düşdüyünü", polis və dövlət prokurorunun artıq hadisə ilə bağlı təhqiqat başlatdığını yazıb.
Atışma, AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Belçika və İsveç arasında keçiriləcək matçdan əvvəl "King Baudouin" stadionunun yaxınlığında baş verib və media bunu şübhəli terror aktı kimi qiymətləndirib. Bu arada stadionda olan tamaşaçılara həmin dəqiqələrdə meydanı tərk etməmək tövsiyə olunub.
Ülviyyə Şahin