Qətər höküməti 8 Hindistan vətəndaşına İsrailə casusluq ittihamı ilə edama məhkum edib.
Ednews xəbər verir ki, Yeni Dehli Qətər səlahiyyətlilərinin bu qərarından təəccüb içində olduğunu gizlətməyib.
Hindistanın Xarici İşlər Nazirliyi istintaq başlatdığını və iş üzrə bütün şüphəli məqamların yenidən araşdırıldığını elan edib.
Qeyd edilir ki, edama məhkum olunan məhbuslar 2022-ci ilin oktyabrından etibarən Qətər həbsxanasında saxlanılırlar. Onlar sualtı qayıqların tətbiqinə dair proqramların məxfi məlumatlarını yaymaqda ittiham olunurlar.