Bu gün Husilər İsraili atəşə tutub.
Ednews ərəb mediasına istinadən xəbər verir ki, Yəmənli Husilər silahlı qrupları İsrailin İlət şəhərinə yüzlərlə raker zərbəsi endirib. Nəticədə onlar bir neçə hədəfi vurmağı bacarıblar.
Qeyd edək ki, dünən İsrail ordusu Qəzzada Salahəddin küçəsindən başlayaraq hərbi əməliyyat keçirib, lakin bu qısa və uğursuz olub.
Xatırladaq ki, 7 oktyabr tarixində Həmasın başçılıq etdiyi fələstinli silahlı qruplar tərəfindən Qəzza zolağından İsrailə qarşı başladılmış genişmiqyaslı hücum əməliyyatları qısa zamanda sərhəd keçid yaxınlığında yerləşən yəhudi yaşayış məntəqələrinə və şəhərlərinə müxtəlif təyinatlı hücumlar təşkil ediblər.
Hücum HƏMAS-ın nəzarətindəki Qəzza zolağından İsrailə qarşı ən azı 3000 raketdən ibarət raket zərbəsi ilə başlayıb.
Qəfil hücum İsrailin əks hücumu ilə qarşılanıb və İsrail bir gün sonra HƏMAS-a rəsmi olaraq müharibə elan edib.
Loğman Yunis