Fələstinli uşaq müharibə şəraitində doğum gününü qeyd edib.
Ednews ərəb mediasına istinadən xəbər verir ki, Qəzzada fələstinli uşaq doğum gününü hədiyyəsiz qeyd edib.
Qəzzada bir aya yaxın gedən müharibəyə baxmayaraq uşaq sanki müharibədən xəbərsiz sevinərək ad gününü qeyd edib.
Xatırladaq ki, 7 oktyabr tarixində Həmasın başçılıq etdiyi fələstinli silahlı qruplar tərəfindən Qəzza zolağından İsrailə qarşı başladılmış genişmiqyaslı hücum əməliyyatları qısa zamanda sərhəd keçid yaxınlığında yerləşən yəhudi yaşayış məntəqələrinə və şəhərlərinə müxtəlif təyinatlı hücumlar təşkil ediblər. Hücum HƏMAS-ın nəzarətindəki Qəzza zolağından İsrailə qarşı ən azı 3000 raketdən ibarət raket zərbəsi ilə başlayıb.
Qəfil hücum İsrailin əks hücumu ilə qarşılanıb və İsrail bir gün sonra HƏMAS-a rəsmi olaraq müharibə elan edib.
Loğman Yunis