Qərblə Rusiya arasında son gərginlik “nüvə müharibəsi” riski gündəmə gəlsə də, Moskva ballistik sınağı həyata keçirib.
Ednews sözçü nəşrinə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu gün “Bulava” ballistik raketinin “İmperator III Aleksandr” atom sualtı qayığından buraxıldığını açıqlayıb. Açıqlamada ballistik raketin buraxılmasının sınaqların son mərhələsi olduğu bildirilib.
Rusiyanın şimalındakı Ağ dənizdən atılan raketin minlərlə kilometr uzaqlıqdakı Kamçatkadakı hədəfi vurduğu qeyd edilib.
Sınaq prezident Vladimir Putinin ölkəsinin Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsini (CTBT) ratifikasiyasını ləğv etməsindən sonra keçirilib. ABŞ və Aİ Rusiyanın bu qərarına reaksiya verib və bunun “nüvə riskini və gərginliyi” artıracağını bəyan edib.
Ukraynada müharibənin başlaması ilə Rusiya ilə Qərb arasında gərginlik artsa da, Moskva son vaxtlar nüvə sınaqlarını sürətləndirib. Putin “məğlubedilməz” adlandırdığı “Sarmat” nüvə raketlərinin döyüş vəziyyətinə gətirilməsini əmr etmişdi.
Xəyal Ramiz