ABŞ-ı NATO hərbi ittifaqını genişləndirməklə Soyuq Müharibədən sonrakı təhlükəsizliyi pozmaqda ittiham edən Rusiya, adi silahlı qüvvələrin əsas kateqoriyalarını məhdudlaşdıran təhlükəsizlik sazişindən rəsmən çıxıb.
Ednews bu məlumatı Rusiya KİV - ə istinadən xəbər verir.
1990-cı ildə Berlin Divarının yıxılmasından bir il sonra imzalanmış Avropa Adi Silahlı Qüvvələr Sazişi (ECA) NATO və o zamankı Varşava Müqaviləsi ölkələrinin yerləşdirə biləcəyi adi hərbi texnikanın kateqoriyalarına yoxlanıla bilən məhdudiyyətlər qoydu.
Rusiya ABŞ-ın NATO-nu genişləndirmək səylərinin müqavilənin məhdudiyyətlərinin “açıq-aşkar pozulmasına” səbəb olduğunu bildirib və əlavə edib ki, Finlandiyanın NATO-ya qəbulu və İsveçin müraciəti razılaşmanın sona çatması deməkdi.
Xəyal Ramiz