Kansler Olaf Şolz Almaniyada son antisemit hücumlardan "utandığını və qəzəbləndiyini" söylədi.
Ednews bildirir ki, o bunu 1938-ci ilin noyabr qırğınlarının, bəzən “Kristallnacht” kimi tanınan qırğınların ildönümünə həsr olunmuş tədbirdə çıxış edirdi.
Berlinin İsrailə sadiq diplomatik dəstəyi tez-tez tarixi məsuliyyət məsələsi kimi qələmə verilir.
Lakin İsrail və Həmas arasında döyüşlər davam etdikcə Almaniyada sosial nifaq yaranır.
Ölkədə İsrail əlehinə çıxışların sayı artıb.