“Qərb paytaxtlarından gələn xoş bəyanatlar çoxlarını ruhlandırsa da, mən Ermənistan üçün yeni tələlər görürəm, xüsusən də ölkənin hazırda real müttəfiqləri olmadığı üçün. Təbii ki, realist düşüncənin indi böhran yaşadığını anlayıram, bu günün “qəhrəmanları” müxtəlif çaplı populistlərdir, amma mən real siyasət hesab etdiyim şeylər haqqında danışmağı dayandırmayacağam”.
Ednews xəbər verir ki, bu barədə erməni politoloq Suren Surenyants “Facebook” səhifəsində yazıb.
“Prinsipcə, biz “xilaskarlar”ın axtarışı kompleksindən qurtulmalıyıq. Çünki istənilən geosiyasi mərkəz öz maraqlarını güdür”, - deyə politoloq əlavə edib.
Surenyants Qərbin Ermənistana dəstək bəyanatlarının arxasında rəsmi İrəvan üçün tələlər qurduğunu da qeyd edib:
“Ermənistan ərazisindən keçən nəqliyyat dəhlizinin açılması Ermənistan üçün ərazi itkiləri və dövlətçilik böhranı ilə nəticələnə bilər. Paşinyan isə belə bir şəraitdə hesablamadan addımlar atır. Ermənistan müharibədə uduzan tərəfdir və oyunu təkrar oynamaq üçün demək olar ki, heç bir resursu yoxdur, biz artıq Qarabağı itirmişik, lakin yeni tələlərdən qaça bilərik”.