Avstraliyanın Kvinslend ştatının balıqçı şəhərləri aylardır bölgəni zəbt edən siçovullarla mübarizə aparır.
Ednews ntv-yə istinadən xəbər verir ki, balıqçı şəhərlərinə yaxın ərazilərdə siçovulların sayının artması səbəbindən yemək axtarmaq üçün sahilyanı ərazilərə gələn siçovullar şəhərləri zəbt edib.
Balıqçılar şəhərləri zəbt edən siçovulların balıqçı gəmilərinin içərisində olan milyonlarla dollar dəyərindəki avadanlıqlara da ziyan vuracağından narahatdırlar.
Kvinslend Universitetinin Ekologiya üzrə dosenti Luke Leung ilin əvvəlində yağan rekord yağışın siçovulların çoxalmasına səbəb olduğunu söyləyən O, bölgədə siçan istilasının sonuncu dəfə 2011-ci ildə müşahidə edildiyini bildirib.
Oğuz