Qətər Xarici İşlər Nazirliyi 39 fələstinli məhbusun İsraildən azad edildiyini təsdiqləyib.
Ednews xəbər verir ki, bu barədə məlumatı departament sözçüsü Məcid əl-Ənsari verib.
“Biz razılaşmanın ilk gününün öhdəliklərinin yerinə yetirilməsi çərçivəsində İsrail həbsxanalarında saxlanılan 39 qadın və uşağın azad edildiyini təsdiqləyirik”, - deyə Ənsari dedi.
Bundan əlavə, diplomatik nümayəndə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) humanitar atəşkəs sazişi çərçivəsində Qəzza zolağında saxlanılan 24 mülki girovu qəbul etdiyini də təsdiqləyib.