Ukrayna Prezidenti Ofisinin keçmiş müşaviri Aleksey Arestoviç 2024-cü ildə Ukrayna ilə bağlı üç ssenarini açıqlayıb.
Ednews xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb.
“Birinci variantda Rusiya, ABŞ və Çin döyüşləri dayandırmağa razı olacaqlar.
İkinci ssenaridə Qərbin dəstəyi ilə toqquşmalar davam edəcək, lakin Ukrayna ordusu yenə də cəbhənin bir neçə sektorunda məğlub olacaq.
Üçüncü ssenari fantaziyaya bənzəyir. Qərb özünə gələcək və Ukraynaya külli miqdarda silah və digər yardımlar ötürəcək”, deyə o, qeyd edib.