Argentinanın yeni prezidenti Xavyer Mayli Konqresdə and içdikdən sonra maşınına minərkən ona şüşə atılıb.
Ednews xəbər verir ki, bu barədə “La Nation” məlumat verib.
Camaatın arasından bir nəfərin atdığı şüşə butulka prezidentin başından bir neçə santimetr uçaraq onun mühafizəçisinin başına dəyib. O, boynundan kiçik kəsik alıb və dövlət başçısının iqamətgahı olan Casa Rosadanın həkimləri tərəfindən müalicə olunub.
Polis tezliklə hücum edənin şəxsiyyətini müəyyən edib, onun Qaston Ariel Mercanzini adlı 51 yaşlı Concepcion del Uruqvay şəhərinin keçmiş məmuru olduğu ortaya çıxdı. Məhkəmə onun həbsinə qərar verib.
Xatırladaq ki, Mayli Argentinada noyabrda keçirilən prezident seçkilərində qalib gəlib. O, 56%, onun rəqibi, o vaxtkı hakim koalisiyadan namizəd və iqtisadiyyat naziri Serxio Massa isə 44% səs toplayıb.
Oğuz