Rusiya Mərkəzi Bankı ev təsərrüfatlarının son sorğusunun nəticələrini açıqlayıb. Sorğunun nəticələri göstərir ki, oktyabr ayında həyata keçirilən tədbirlərə baxmayaraq, cəmiyyətdə yeni devalvasiya gözləntisi yüksəkdir.
Ednews turkrus-a istinadən xəbər verir ki, FOM-un sifariş etdiyi sorğuya görə, vətəndaşların müşahidə etdiyi inflyasiya 17 faiz təşkil edir. İştirakçıların 30 faizi 2023-cü ildə maliyyə vəziyyətlərinin pisləşdiyini bildirir.
FOM-un sorğusunda adambaşına düşən gəlir 18 min 900 rubl olub. Bununla belə, rəsmi məlumatlar orta gəliri 49 min 467 rubl kimi izah edir.
Əmanəti olduğunu bəyan edənlərin nisbəti 38 faizdir.
Xəyal Ramiz