İsrail Nazirlər Kabineti ölkənin xarici işlər nazirinin dəyişdirilməsini təsdiqləyib.
Ednews xəbər verir ki, bu barədə informasiyanı hökumətin mətbuat xidməti yayıb.
Mənbə yazır ki, indiyədək nazirliyə rəhbərlik etmiş Eli Koenin yerini energetika naziri İsrail Katz tutacaq.
“Hökumət bu səhər (31 dekabr 2023-cü il, bazar günü) nazir İsrail Katzın yerinə nazir Eli Koenin Energetika və İnfrastruktur naziri təyin edilməsini və nazir Eli Koenin yerinə nazir İsrail Katsın Xarici İşlər Naziri təyin edilməsini təsdiqlədi. Bu təyinatlar Knesset (parlament) tərəfindən təsdiqlənməlidir”, - məlumatda deyilir.