İngiltərədə Covid, yüksək inflyasiya və Brexit səbəb olduğu iqtisadi problemlər kiçik biznesi vurdu.
Ednews sozcu nəşrinə istinadən xəbər verir ki, son iki ildə ölkədə müflisləşən müəssisələrin sayı 52 faiz artıb.
İngiltərədə inflyasiya böhranı və Covid epidemiyasının uzunmüddətli təsiri səbəbindən keçən il şirkət iflasları artıb.
Dünya üzrə 430 milyon biznesi izləyən kredit yoxlama agentliyi olan Creditsafe-in məlumatına görə, 2023-cü ildə Böyük Britaniyada cəmi 30,199 müəssisə hansısa formada müflisləşmə prosesində iştirak edib. Bu rəqəm 2021-ci illə müqayisədə 52 faiz artıb.
2023-cü ildə artımın yavaşlayacağını nəzərə alsaq, iqtisadi perspektiv yaxşılaşsa belə, kiçik şirkətlərin maliyyə vəziyyətinə mənfi təsirlər bu il də davam edə bilər.
Xəyal Ramiz