1999-cu ildə İngiltərədə poçt sistemində istifadə edilməyə başlanan satış mühasibat proqramı bəzi şöbələrdə açıqlana bilməyən itkilərə səbəb olduqda, menecerlər məsuliyyətə cəlb edilib.
Ednews birgun.net-ə istinadən xəbər verir ki, İngiltərə Baş naziri Rishi Sunak, 'ölkə tarixinin ən böyük ədalətsizliklərindən' biri hesab edilən səhv kompüter sistemi səbəbiylə oğurluq və ya fırıldaqçılıqda günahlandırılan 900-dən çox poçt şöbəsi müdirinə bəraət qazandırmaq üçün hərəkətə keçəcəklərini söylədi.
Hökumət televiziyada yayımlanan sənədli serialdan sonra artan ictimai reaksiyalardan sonra belə bir addım atmağa qərar verib.
“Bu, xalqımızın tarixində ən böyük ədalətsizliklərdən biridir” deyən Sunak, “Cəmiyyətə xidmət etmək üçün çox çalışmış insanların həyatı və reputasiyası heç bir günahı olmadan zədələnib. “Zərərçəkənlər kompensasiya almalıdır”. ifadəsindən istifadə etdi.
Xəyal Ramiz