İsrail HƏMAS hərəkatı ilə mümkün saziş çərçivəsində öz qoşunlarını Qəzza zolağının əsas şəhərlərindən çıxara bilər.
Ednews xəbər verir ki, bu barədə məlumatı fələstinli mənbəyə istinadən “Al Arabiya” telekanalı yayıb.
“HƏMAS və İsrail arasında girov və məhbusların mübadiləsinə dair yeni sazişin birinci mərhələsinin detalları ilə bağlı razılıq var. Potensial sazişin şərtlərinə əsasən, İsrail öz qoşunlarını Qəzza zolağının şəhərlərindən çıxaracaq və onları sərhəd məntəqələrində yerləşdirəcək”, - deyə mənbə bildirib.