Rusiya prezidenti Putin paytaxt Moskvada Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşündə açıqlama verib.
Ednews birgun.net-ə istinadən xəbər verir ki, Putin Krınki adlanan qəsəbənin də Rusiya ordusu tərəfindən nəzarətə alındığını bildirib.
Rus ordusunun Donetsk vilayətinin Avdiyivka şəhərini “uğurla” nəzarətə götürdüyünü bildirən Putin, “Bu uğurun daha da inkişaf etdirilməsi lazımdır. Lakin bu addımlar yaxşı hazırlanmalı və şəxsi heyət, silah, texnika və sursatla təmin edilməlidir”- dedi.
Ukrayna ilə bağlı danışıqlardan imtina etmədiklərini vurğulayan Putin, “Biz hər zaman danışıqların tərəfdarı idik. Mən artıq yüzlərlə dəfə demişəm ki, biz dialoqu dayandırmırıq. “London və Vaşinqtonun birbaşa göstərişi ilə dialoqu kəsən Ukrayna tərəfi olub”-dedi.
ABŞ mətbuatında yer alan “Rusiyanın kosmosa nüvə silahı yerləşdirməyi planlaşdırdığı” iddiaları ilə bağlı Putin bunları deyib:
"Bizim mövqeyimiz açıq və şəffafdır. Biz həmişə nüvə silahının kosmosda yerləşdirilməsinin əleyhinə olmuşuq və qəti şəkildə əleyhinəyik. Biz dəfələrlə təkcə bu sahədə mövcud olan bütün razılaşmalara əməl etməyi deyil, həm də birgə işi gücləndirməyi təklif etmişik".
Xəyal Ramiz