Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyandan izahat tələb edib.
Ednews xəbər verir ki, bu barədə qurumdan bildirilib.
Vurğulanıb ki, İrəvan qurumun tamhüquqlu üzvü olaraq qalmaqda davam edir: “Ermənistan bu statusdan irəli gələn bütün hüquq və öhdəlikləri daşıyır”.
Qeyd edək ki, N.Paşinyan fevralın 24-də “France 24”ə müsahibəsində Ermənistanın KTMT-də iştirakını dondurduğunu açıqlayıb.