Erməni hərbçi Avaq Zakaryanın ölümü ilə bağlı aparılan aparılan istintaq çərçivəsində onun əsgər yoldaşı S.P. həbs edilib.
Ednews xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin məlumatında deyilir.
Hüquq-mühafizə orqanlarının versiyasına görə, 24 fevral axşam saatlarında iki hərbçi səngərdə olarkən dava ediblər. İnsident nəticəsində S.P. “Kalaşnikov” avtomatından Zakaryana bir dəfə atəş açıb. Güllə yarası alan Zakaryan xəstəxanaya çatdırılarkən yolda ölüb.
S.P. qətldə ittiham olunaraq məhkəmənin qərarı ilə həbs edilib.