Türkiyənin Ərzincan şəhərində vətəndaşlar Fələstinə dəstək yürüşü təşkil ediblər.
Ednews türk mediasına istinadən xəbər verir ki, yürüş zamanı təkbirlər səsləndirilib, salavatlar oxunub, İsrail əleyhinə şüarlar səsləndirilib.
Əllərində Türkiyə və Fələstin bayraqları daşıyan iştirakçılar “Şəhidlər ölməz, Vətən bölünməz”, “Əlbir xainlər, qatil İsrail cavab verəcək”, “Qatil İsrail, Fələstindən çıx”, “Qanımız, canımız Əqsaya fəda olsun”, “Həmas”a salam, dirənişə davam” şüarları səsləndiriblər.
Türk, ərəb və ingilis dillərində lövhələr daşıyan qruplar tez-tez təkbir deyirdi.
Oğuz