Almaniyanın xarici işlər naziri Annalena Baerbok katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransiskin Ukraynaya qarşı “ağ bayraq qaldırması” ilə bağlı sözlərini tənqid edib.
Ednews trthaber-ə istinadən xəbər verir ki, Papa Fransisk İsveçrə Radio Televiziyasına (RSI) eksklüziv müsahibəsində cari məsələlərlə bağlı qiymətləndirmələr edib.
Ukraynanın müharibədə ağ bayrağı qaldırıb-götürməməsi ilə bağlı müzakirələri xatırladan Papa, "İnanıram ki, vəziyyəti görən, xalqını düşünən, ağ bayraq qaldırıb danışıqlar aparmağa cəsarəti olan daha güclüdür.
Xarici işlər naziri Baerbok, ARD televiziyasında iştirak etdiyi proqramda Papanın Ukrayna ilə bağlı "İnanıram ki, xalqını düşünənlər ağ bayraq qaldırıb danışıqlar aparacaq cəsarətə sahib olanlardır" dedi. O, "Hazırda bunu başa düşmürəm. Sülh danışıqlarına çağıranlarla birlikdə Ukraynaya getmək lazımdır" deyərək bəyanatını tənqid edib.
Xəyal Ramiz