Çinin Londondakı səfiri Çinq Xarici İşlər Nazirliyinə çağırılıb və o, Yeni Zelandiya parlamentinə edilən kiberhücumların arxasında Çinin dayandığını bildirib.
Ednews m.haber.7-ə istinadən xəbər verir ki, Britaniya 2021-2022-ci illərdə millət vəkillərinə və seçki komissiyasına edilən kiberhücumlara görə "Çin dövlətinə bağlı aktyorları" məsuliyyət daşıdığını açıqladı .
İngiltərə Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Çin dövlətinə bağlı olduğu iddia edilən APT31 qrupu ilə əlaqəsi olan iki şəxs və bir şirkətə qarşı ingilisləri hədəf almaqdan məsul olduğu səbəbiylə sanksiya tətbiq edildiyi bildirilib.
Açıqlamada, həmçinin 2021-2022-ci illərdə Çin dövləti ilə əlaqəli kiberhücumlar səbəbiylə İngiltərə seçki komissiyasının təhlükəyə məruz qalması ehtimalının qiymətləndirildiyi ifadə edildi.
Bəyanatda sözügedən fəaliyyətlərin seçki proseslərinə təsir etmədiyi, heç bir şəxsin hüquq və ya demokratik prosesə çıxışında problem yaratmadığı vurğulanıb, həmçinin seçici qeydiyyatına toxunulmadığı diqqətə çatdırılıb.
Britaniyanın xarici işlər naziri Ceyms Kemeron Britaniya demokratiyasına hücumların qəbuledilməz olduğunu bildirib. O, kiberhücumlar həyata keçirən Çinin dəstəklədiyi təşkilatlara istinad edib.
Yeni Zelandiyanın müdafiə naziri Cudit Kollinz açıqlamasında nazirliyin apardığı araşdırmada 2021-ci ildə parlamentin bəzi bölmələrinə kiberhücumların həyata keçirildiyini xatırladıb.
Xarici İşlər Naziri Uinston Peters açıqlamasında məsələ ilə bağlı Yeni Zelandiyanın narahatlığını Çinin Vellinqtondakı səfiri Vang Xiaolong-a çatdırdıqlarını bildirib.
Belə xarici müdaxilənin qəbuledilməz olduğunu vurğulayan Peters, Çini gələcəkdə belə fəaliyyətlərdən uzaq durmağa çağırdıqlarını qeyd edib.
Xəyal Ramiz